Azərbaycan-Türkiyə universitetləri arasında sənəd imzalanıb FOTO

Azərbaycan-Türkiyə universitetləri arasında sənəd imzalanıb FOTO

Azərbaycan Universiteti (AU) ilə Türkiyə Respublikasının İstanbul Texniki Universiteti (İTU) arasında anlaşma memorandumu imzalanıb. İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən SİA-ya verilən xəbərə görə, sənədi rektorlar Fərid Əhmədov və Prof.Dr. Mehmet Karaca imzalayıblar. Memorandumla "Mövlanə" və "Erasmus+" mübadilə proqramları çərçivəsində əlaqələrin qurulması, universitetlər arasında ikili protokol imzalandıqdan sonra Kompüter elmləri və Kompüter mühəndisliyi proqramlarının Azərbaycan Universitetində inkişafı və gələcəkdə iki diplom proqramların yaradılması haqqında razılıq əldə edilib.

Türkiyə səfərində Azərbaycan Universitetini rektor Fərid Əhmədovla yanaşı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Riyaziyyat və informatika kafedrasının müəllimi Asif Paşayev və İnformasiya - kommunikasiya texnologiyaları üzrə koordinator Kamran Hümbətov da təmsil edib.

Azərbaycan Universitetinin nümayəndə heyətinin İstanbula olan səfərinin əsas məqsədi İstanbul Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradılması olub. Səfər zamanı universitetlər arasında gələcək əməkdaşlığın digər istiqamətlərinin müəyyən edilməsi məqsədiylə müxtəlif səpgili görüşlər də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə