Zikonun namizədliyi dəstəklənməyib

Zikonun namizədliyi dəstəklənməyib

Braziliya futbolunun tanınmış siması Ziko FİFA prezidentliyinə seçkilərdə iştirak edə bilməyəcək. "ESPN" idman saytı xəbər verir ki, buna səbəb Zikonun namizədliyinin tələb olunan beş milli futbol assosiasiyası tərəfindən dəstəklənməməsi olub. O, yalnız Braziliya və Anqola Futbol federasiyalarından dəstək ala bilib.

FİFA prezidentliyi uğrunda seçkilərdə 7 namizədin mübarizə aparacağı dəqiqləşib. Bunlar UEFA prezidenti Mişel Platini, baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli Bin Əl-Hüseyn, Trinidad və Tobaqo yığmasının sabiq kapitanı David Nakhid, FİFA baş katibinin sabiq köməkçisi Jerom Kampanye, Cənubi Afrika Respublikasından olan iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman Əl-Xəlifədir.

Ali futbol qurumunun prezidenti vəzifəsinə seçkilər gələn il fevralın 26-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə