ADU-da xeyriyyə məqsədi ilə əl işlərindən ibarət sərgi təşkil olundu FOTO

ADU-da xeyriyyə məqsədi ilə əl işlərindən ibarət sərgi təşkil olundu FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində universitetin "SABAH" tələbələrinin əl işləri sərgisi keçirildi. SİA-ya verilən məlumata görə, ADU-nun "SABAH" tələbələrindən ibarət "9th Generation" adlı klubun və "SABAH" mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə ev şirniyyatları, bəzək əşyaları, rəsm əsərləri və kitablar təqdim olundu. Sərgi iştirakçıları arasında İnformasiya Resurs Kompleksinin rəhbəri Şəhla Xudiyeva, İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfa Kazımova, "SABAH" resurs mərkəzinin rəhbəri Gülnar Dadaşzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH" bölməsinin əməkdaşları Mehriban Nəzərova, Günay İmanzadə, ADU-nun müəllimləri və tələbələri vardı.

Sərgi ilə yanaşı tədbirdə "SABAH" qrupları haqqında təqdimat göstərildi və tələbələrdən ibarət musiqi qrupu mahnılar ifa etdilər.

Qeyd edək ki, sərgi xeyriyyə məqsədi ilə təşkil olunub və yığılan məbləğ qocalar evinə sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə