Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyevin verdiyi məlumata əsasən adıçəkilən fakültənin Britaniyaşünaslıq ixtisasında təhsil alan III kurs tələbəsi Rəcəb Səfərov bu yaxınlarda Rusiyanın Rostov Velikiy şəhərində keçirilən "Informal Education" adlı layihədə iştirak edib. O, bu layihədə Azərbaycanı təmsil edən yeganə iştirakçı olub. ADU-dan SİA-ya verilən məlumata görə, Avropanın 22 ölkəsindən olan gənclərin iştirak etdiyi layihədə onlara "Informal", "Formal" və "Non Formal" təhsil sistemi, onun öyrənmə metodları haqqında məlumat verilib, həmçinin mövzu ətrafında debat aparılıb.
Seminarlardan öncə müxtəlif şəhərlərə səyahət edən ADU tələbəsi rus xalqının adət-ənənələri, milli yeməkləri və yaşam tərzi ilə yaxından tanış olub. Layihə zamanı keçirilən konfranslar və müxtəlif mövzuları əhatə edən müzakirələr, təlimlər ona komanda şəklində işləməyi və səhvlərdən nəticə çıxarmağı öyrədib. Tələbəmiz vətəndən özü ilə apardığı müxtəlif suvenirləri, milli geyimlərimizi, həmçinin milli mətbəximizin ləziz təamlarını iştirakçılara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB