Azərbaycan Dillər Universitetinin adı Avropa və Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəlində yer alıb. ADU-dan SİA-ya verilən məlumata görə, hər il olduğu kimi bu il də Avropa və Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələrinin 2015-ci il üçün reytinq cədvəli təqdim olunub. Azərbaycan Dillər Universiteti fakültə tələbələrinin indeksinə görə 150 ən yaxşı universitet sırasında 62-ci, akademik göstəricilərə görə, 76-cı, bu cədvəldə ümumi reytinqin göstəriciləri nəzərə alınaraq 101-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB