Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi İradə Səmədovanın "Siyasi ingilis dili" adlı dərs vəsaiti çapdan çıxıb. ADU-dan SİA-ya verilən xəbərə görə, dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 iyun 2015-ci il tarixli 652 saylı əmrinə əsasən Mütərcim nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib və çap olunub. 80 səhifədən ibarət olan kitab ingilis dilinin tədrisinin ən müasir metoduna əsaslanır.
Dərs vəsaiti müasir diplomatik sənədlər və siyasi çıxışlar üzərində dil vərdişlərini tədris etmək, danışıqlar və yazışmalar əsasında oxu, həmçinin eşitmə vərdişlərini aşılamaq, siyasi dilin üslubi xüsusiyyətlərini izah etmək və bu bacarıqları inkişaf etdirmək, tələbələri sənədlərin tərtibat qaydaları ilə tanış etmək və onların xüsusi məqsədlər üçün keyfiyyətli siyasi ingilis dilinə yiyələnməsinə kömək etmək məqsədilə çap olunub.
"Siyasi ingilis dili" dərs vəsaiti tələbələrin diplomatik üslub hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə praktik məşğələ üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB