Oktyabrın 1-dən Gəncənin ümumtəhsil məktəblərində istilik sistemləri hazır vəziyyətə gətirilib. SIA-nın bölgə müxbirinin veridiy məlumata əsasən, şəhərdəki 49 ümümtəhsil məktəbindən 48-də qazanxanalara baxış keçirilib. Köhnə və yararsız ehtiyat hissələri, həmçinin su xəttləri dəyişdirilib. Hazırda şəhərdə yalnız bir məktəbdə qazanxana quraşdırılmayıb. Həmin tədris ocağı da odunla təmin edilib. Bu ilin sonuna məktəbin istilik sistemi ilə təhciz olunması planlaşdırılır.
İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB