Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan SİA-ya verilən xəbərə görə, seminar "Dərslik portalı"nda canlı yayımlanıb.
Gündəlik məsələ 2016-cı ildə hərbi liseylərə keçiriləcək qəbul imtahanları üçün proqramın müzakirəsi və təsdiqi olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında TQDK-nın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak etmişlər. İştirakçılar gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər veriblər.
Seminarda hərbi liseylərə qəbul imtahanı proqramı redaktə xarakterli düzəlişlər edilməklə təsdiq olunub. Proqram 2016-cı ildə "Abituriyent" jurnalında dərc ediləcək.
Növbəti seminarda (19 oktyabr 2015-ci il tarixdə, saat 13:30; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün "Ədəbiyyat" (III ixtisas qrupu üçün) proqramının müzakirəsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB