Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Paris-Sorbon Universitetinin tələbə mübadilə proqramının rəhbəri Anjela Karol Franklin "Ünsiyyət və beynəlmiləşmə" layihəsi əsasında "Ali təhsildə beynəlmiləşmə" mövzusunda təqdimat keçirib. Universitetdən SİA-ya verilən xəbərə görə, təqdimatda ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova və universitetin müəllim-tələbə heyəti iştirak edirdi.
Paris-Sorbon (Əbu-Dabi) universitetin fransız və ingilis dilli olmasından söz açan Anjela Karol Franklin onun yaranma tarixindən, həmçinin Parisdə yerləşən Paris-Sorbon universitetin eyni tədris strukturunu özündə əks etdirdiyindən söz açdı. O, bildirdi ki, Paris-Sorbon (Əbu-Dabi) universiteti tənqidi düşünməyə təkan verən, kommunikasiya bacarıqlarını inkişaf etdirən təhsil təqdim edir, həmçinin universitetin proqramları Paris-Sorbon, Paris-Deskarte, Pyera və Mariya Kyuri Universitetlərinin professorları tərəfindən tədris olunur.
Paris-Sorbon (Əbu-Dabi) universitetinin bakalavr və magistr proqramları haqqında ətraflı məlumat verən Karol Franklin dünyanın müxtəlif ölkələrindən 800 nəfər tələbənin təhsil aldığını sözlərinə əlavə etdi. Anjela Karol Franklin eyni zamanda biznes dil kursu və intensiv fransız dili proqramı haqqında da geniş danışdı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB