Tbilisidə təhsil nazirləri arasında görüş

Tbilisidə təhsil nazirləri arasında görüş

Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də bu ölkənin təhsil və elm naziri Tamar Canikidze ilə görüşüb. Görüşdə iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin inkişaf perspektivləri, elm strukturları, ali təhsil ocaqları arasında təcrübə və tələbə mübadiləsi, elm adamlarının qarşılıqlı səfərlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Dövlətlərimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin bütün istiqamətlərdə, eləcə də elm və təhsil sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı, geniş imkanlar açdığı xüsusi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə