"Təhsil haqqında" qanuna dəyişiklik edildi

"Təhsil haqqında" qanuna dəyişiklik edildi

Milli Məclisdə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, millət vəkili Bəxtiyar Əliyev bildirilib ki, dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər.

Dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur.

Qanun layihəsinə edilən dəyişiklik qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə