Artıq bölgələrdə də müəllimlərin bilik və bacarıqları maaşlarına bir başa təsir edəcək. Daha 12 rayonda diaqnostik qiymətləndirmə aparılacaq ki, bu da təxminən 40 min müəllim kontingentini əhatə edir. Bu barədə Təhsil Nazirliyində "müəllimlər günü"nə həsr olunan tədbirdə məlumat verilib.
Bu ilin sonuna kimi müəllimlərin bilik və bacarıqlarının sınaq qiymələndirilməsi aparılacaq. Qiymətləndirmənin nəticələri müəllimlərin maaşına da təsir edəcək. Diaqnostik qiymətləndirmə 12 rayon və şəhərdə-Gəncə, Sumqayıt, Şirvan, Hacıqabul, Qubadlı, Masallı, Cəlilabad, Abşeron, İmişli, Xaçmaz, Saatlı və Sabirabadın təhsil müəssisələrində baş tutacaq.
Tədbirdə çıxış edən nazirliyin şöbə müdiri Aydın Əhmədzadə iş dəftələri məsələsinə də toxunub. Tədbirdə həmçinini bildirilib ki, bu il 300 tələbə "gələcəyin müəllimi" təqaüdünü alacaq. Bu 1-ci və 2-ci ixtisas qrupu üzrə 500 və ondan yüksək bal toplayıb, müəllimlik ixtisasını seçən tələbələrə şamil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB