ADU-nun müəllimləri mükafatlandırıldı FOTO

ADU-nun müəllimləri mükafatlandırıldı FOTO

Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) "5 oktyabr-Beynəlxalq Müəllimlər günü"nə həsr olunmuş bayram tədbiri keçirildi. ADU-dan SİA-ya verilən xəbərə görə. tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev ADU-nun rektoru, professor Səməd Seyidovun adından universitetin bütün müəllim tələbə heyətini təbrik etdi. Bugünün əlamətdar olduğunu söyləyən prorektor rektorun əmrinə əsasən universitetin bir qrup əməkdaşının şəxsi işlərinə əlavə olunmaqla təşəkkürlə mükafatlandırıldığını sözlərinə əlavə etdi.

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov bayram münasibətilə bütün müəllimləri təbrik etdi. Öz çıxışında təlim-tərbiyənin mürəkkəb bir proses olduğunu vurğulayan Misgər Məmmədov bu işdə ADU müəllimlərin əvəzsiz rolundan danışdı, müəllimliyin dünyada çətin və məsuliyyətli peşə olduğunu sözlərinə əlavə etdi. Hər il olduğu kimi bu ildə Misgər Məmmədov Müəllimlərin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəaliyyətlərində fərqləndiyinə görə universitet əməkdaşlarının bir hissəsinin pul ilə mükafatlandırıldığını bildirdi.

Sonra təşəkkürlə mükafatlandırılan universitet əməkdaşlarının siyahısı açıqlandı.

Daha sonra Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən 6 departament və 13 klub özfəaliyyətləri ilə çıxış etdilər. Tədbirdə klub üzvləri şeir söylədilər, rəqs ifa etdilər, maraqlı səhnəciklər nümayiş etdirərək mahnılar səsləndirdilər.

Tədbir ADU-nun himninin səslənməsi ilə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə