TQDK-da seminarlar başlayır

Oktyrabrın 5-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, emi-metodiki seminarların iş qrafiki Komissiyanın rəsmi saytında 14 sentyabr 2015-ci il tarixdən yerləşdirilib.

Seminarların birinci iclaslarında "Seminarın iş planı" və 2016-cı ildə ali təhsil müəssisələrinə və Hərbi liseylərə qəbul imtahanları üçün proqramların müzakirəsinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə