Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti Zərifə Hüseynovanın "İqtisadi nəzəriyyə" (Struktur-məntiqi sxemlər, praktiki məsələlər, testlər) adlı dərs vəsaiti işıq üzü görüb. Universitetdən SİA-ya verilən xəbərə görə, dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik şurası "İqtisadiyyat" bölməsinin 2 may 2006-cı il tarixli 44 saylı iclas protokoluna əsasən "Elm və Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib və çap olunub. Kitab 515 səhifədən ibarətdir.
Dərs vəsaiti iqtisad elminin tarixi, İqtisad elminin ümumi məsələləri, Mikroiqtisadiyyat bazar sistemi və onun inkişafının əsas parametrləri, Makroiqtisadiyyat, Meqoiqtisadiyyat (dünya iqtisadiyyatı) mövzularında olmaqla beş bölmədən ibarətdir.
Bu dərs vəsaitinin yazılmasında məqsəd tələbələrin müstəqil işinin aktivləşdirilməsinə, fənn yaradıcı münasibətlərinin təmin edilməsinə, iqtisadi hadisələri və problemləri aydınlaşdırmaq üçün zəruri bacarıq aşılamağa kömək etməkdir. Vəsait iqtisadi nəzəriyyənin tədrisi prosesində öyrənilmiş əsas iqtisadi qanun və kateqoriyaları təkrarlamağa, alınan bilikləri sistemləşdirməyə, iqtisadi hadisə və prosesləri elmi cəhətdən təhlil və dərk etməyə kömək edəcəkdir. Bu dərs vəsaiti tədrisin qəbul edilmiş bütün formalarında – bakalavr, magistr, əyani, qiyabi, eləcə də müəllimlər və iqtisadi problemlərlə maraqlananlar tərəfindən - istifadə oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB