Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin üçüncü kurs tələbələri Polşada Yay Məktəbində olub. ADU-dan SİA-ya verilən xəbərə görə, iyulun 6-dan 26-na kimi davam edən Yay Məktəbində tələbələrimiz-Nailə Məhərrəmova, Fərid Quluzadə, Brilliant Yusifzadə Jeşuv Universitetində, Emil Mürvətov və Məryəm Zöhrəbəyova Varşava Universitetində, Fəqan Quliyev isə Varşava şəhərindəki Sosial və Hümanitar Elmlər Universitetində təhsil alıb.
Qeyd edək ki, Yay Məktəbində əsasən polyak dili, Polşa ədəbiyyatı və mədəniyyəti dərsləri tədris olunub. 20 gün davam edən Yay Məktəbində tələbələr yeni məlumatlar və biliklər əldə edib, eləcə də xüsusi şəhər turları vasitəsilə Polşanın müxtəlif görməli yerlərinə səyahət ediblər. ADU tələbələri eyni zamanda Azərbaycanı layiqincə təmsil edib, Vətənimizi tələbə yoldaşlarına tanıdıblar.
Onu da əlavə edək ki, ADU tələbələrinin Polşada Yay Məktəbində iştirakı ilk deyil. Ötən il də bir qrup ADU tələbəsi Polşada Yay Məktəbində olub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB