Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə oktyabrın 5-də respublikamızın şəhər və rayonlarında, o cümlədən Gəncədə müxtəlif fənlər üzrə elmi-metodiki seminarlara başlayacaq. SİA-nın xəbərinə görə, seminarlarda qərb bölgəsini əhatə edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulub. Hazırda seminara hazırlıq işləri çərçivəsində iştirakçıların qeydiyyatı aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB