TQDK jurnalistləri mükafatlandırıb

TQDK jurnalistləri mükafatlandırıb

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibəti ilə jurnalistlər mükafatlandırılıb. SİA xəbər verir ki, mükafatlandırma mərasimində TQDK sədri Məleykə Abbaszadə, TQDK-nın şöbə müdürləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan TQDK sədri Məleykə Abbaszadə bildirib ki, (TQDK) 2015-2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb: "Bu il keçirilmiş müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq insan iştirak edib. Artıq yeni ilin hazırlıq mərhələsinə başlanılıb. TQDK-nın komissiyanın son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə birinci yerdə olub. Belə ki, TQDK-nın 15 elektron xidmət növlərindən bir il ərzində 4 167 385 dəfə istifadə olunub".

Daha sonra TQDK tərəfindən KİV nümayəndələri arasında elan edilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, 2 nominasiya üzrə aparılan müsabiqə 2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarına aid ən yaxşı məqalə üzrə olub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə