Sentyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Ümumdünya Durna Günü"nə həsr olunmuş "Azərbaycan və Çin ekoloji mədəniyyəti" adlı seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, seminarı giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov ekologiyanın qorunmasının vacibliyi haqqında danışaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın köçəri quşların mühafizəsində ictimaiyyətin rolunun artırılması istiqamətində gördüyü böyük işləri xüsusi vurğuladı.
Sonra Azərbaycan Ornitoloji Cəmiyyətinin elmi katibi Tahir Kərimov Azərbaycanda durnalarla bağlı aparılan müasir tədqiqatlar haqqında məlumat verdi.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri öz məruzələrində ənənəvi Türk-Çin mədəniyyət və incəsənətində durnanın simvollaşdırılması, "Kunq-fu" sənəti və "Sziqun" sağlamlaşdırıcı sistemində durnalar ilə bağlı hərəkət üslubları, "Fen-şuy" qədim Daoss təcrübəsində durna mövzusu haqqında danışdılar, Azərbaycan və Çinin görkəmli şairlərinin durnalara həsr olunmuş şeirlərindən parçalar söylədilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB