"Elektron Hökumət" portalı tərəfindən avqust ayı ərzində təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumatda Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) 1-ci yerdə qərarlaşıb. Komissiyadan SİA-ya verilən məlumata görə, "Elektron hökumət" bülletenində 2015-ci ilin avqust ayında dövlət qurumları üzrə "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunub.
Məlumatda 43 qurum tərəfindən göstərilən 258 elektron xidmətdən ümumilikdə 1 237 100 dəfə istifadə olunduğu bildirilir.
Elektron xidmətlər arasında TQDK-nın namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu (1-ci yer, istifadə sayı: 263 732), namizədlərə , sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatın internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi (2-ci yer, istifadə sayı: 189 698), abituriyentlərin, bakalavrların, namizədlərin ərizələrinin onlayn qəbulu (7-ci yer, istifadə sayı: 58 831), TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı (20-ci yer, istifadə sayı: 5607) layihələri ən çox istifadə olunan layihələr kimi qeyd olunub.
Həmin məlumatda həmçinin TQDK-nın təqdim etdiyi 15 elektron xidmət üzrə istifadəçi sayına görə də birinci yerdə göstərilib. Belə ki, Komissiyanın elektron xidmətlərindən avqust ayında 524303 dəfə istifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB