Səməd Seyidov tələbələrlə görüşdü FOTOLAR

Səməd Seyidov tələbələrlə görüşdü FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs tələbələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, "Bilik günü"nə həsr olunan görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib.

ADU-ya bu il qəbul olunan tələbələrə uğurlar arzulayan rektor "Bilik günü"nün ölkəmizdə şərəfli gün kimi qeyd olunduğunu vurğulayıb. S.Seyidov Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin təhsilə, gənclərə xüsusi qayğısı nəticəsində Azərbaycan təhsil sisteminin ilbəil inkişaf etdiyini söyləyib. Universitetdəki fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirib ki, bu il bu ali təhsil ocağına qəbul olan tələbələrin sayı 1500 nəfəri keçib. 138 nəfər tələbənin topladığı bal isə 600-dən yuxarıdır.

Təhsillə elmin yanaşı addımladığını qeyd edən rektor ADU-da yüksək səviyyəli professor-müəllim heyətinin çalışdığını bildirib. Tələbələrə peşəkarların biliklərindən yararlanmağı, fəal olmağı, elmi məqalələr yazmağı tövsiyə edib.

ADU-nun Pedaqoji (ingilis-alman) fakültəsinə 690 balla qəbul olan I kurs tələbəsi Selcan Namazova və Tərcümə fakültəsinə qəbul olan Gülanə Həbibovanın valideyni ürək sözlərini ifadə edib.

Daha sonra ADU-nun pedaqoji (alman-ingilis) fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxış edərək tələbələri salamlayıb.

Eyni zamanda, yüksək balla ADU-ya qəbul olan tələbələrə tələbə biletləri, hədiyyələr və dəstələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə