Bu gün Azərbaycanda "Bilik günü" qeyd olunur. SİA-nın məlumatına görə, bu gün Səbail rayonunda yerləşən bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd edilir. Belə ki, Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbin kollektivi də ilk dərs günün təntənəli şəkildə qeyd edib.
Məktəbin direktoru Könül Həsənova şagirdləri "Bilik günü" münasibətilə təbrik edib. Hər kəsə uğurlu dərs ili arzu edən məktəb direktoru bildirib ki, bu il 7 saylı məktəb üçün olduqca müvəffəqiyyətli il olub: "Ötən il 118, bu il isə məzunlarımızın sayı daha da artıb. Bu il 54 məzunumuzdan 49-u ali məktəbə daxil olub, tələbə adını qazanıblar. Bu da bizim üçün böyük uğurdur".
Məktəbin müəllimləri də çıxış edərək şagirdləri "Bilik günü" münasibətilə təbrik ediblər.
Bu il birinci sinfə gedən şagirdlərin və onların valideynlərinin də üzündə sevinc hiss olunurdu. Valideynlər də bütün şagirdləri təbrik edərək, onlara uğurlar arzu ediblər.
Nəzərinizə çatdıraq ki, tədbir konsert proqramı ilə davam edib. Məktəbin şagirdlərinin ifasında musiqilər, rəqslər, şeirlər səsləndirilib.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Bilik günü"ndə ilk dərs vətənpərvərlik mövzusuna həsr olunacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək. Ümumilikdə, yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB