Yeni tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub
Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq. Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.
Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB