Akademik Zərifə Əliyeva adına Milli oftalmologiya mərkəzinin səyyar həkim briqadası Şirvanda aztəminatlı şəxslərin gözündə katarakta əməliyyatı aparır. Milli Məclisin deputatı Azay Quliyevin təşəbbüsü ilə həyata keçən xeyriyyə aksiyası çərçivəsində yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün institutun əməkdaşları oftalmoloji səyyar klinika şəklində təşkil edilmiş və müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş avtobusda Şirvan şəhərinə ezam olunublar.
Səyyar klinikada oftalmoloji xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsulu ilə kataraktanın ekstraksiyasının həyata keçirilməsinə imkan verən xüsusi aparat var. Səyyar klinika Şirvanda iki gün işləyəcək.
Bu günədək səyyar klinikada 3 mindən çox şəxs müayinə olunub və 600-dən çox xəstənin gözündə cərrahi əməliyyat aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB