700 bal toplayan abituriyentlər Bilik Fondunda oldular FOTOLAR

700 bal toplayan abituriyentlər Bilik Fondunda oldular FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 2015-16-cı tədris ili üçün qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, görüşdə Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov abituriyentləri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə çağırıb.

Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən abituriyentlər dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan danışıblar. Müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər.

Sonda 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə