Mikayıl Cabbarov: “Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz”
"Bu il ali məktəblərə ötən illə müqayisədə 700 az tələbə qəbul olub". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov söyləyib. Təhsil naziri diqqətə çatdırıb ki, bu il ölkəmizdə ali məktəblərə qəbul zamanı müsabiqədə iştirak üçün tələb olunan minimal balın 200-dən aşağı endirilməməsi ali məktəblər üçün maliyyə dayanıqlığına, sosial gərginliklərə, müəllimlərin işdən azad edilməsinə səbəb olmayıb: "Bu il ötən illə müqayisədə ali məktəblərə daxil olanların sayında azalma olmasına baxmayaraq bu addım daha keyfiyyətli kadr hazırlığı imkanlarını artırıb. Bu il ilk dəfə elan olunmuş balların endirilməsinə getmədik. Bu, prinsipial şəkildə verilən qərardır. Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Bilik səviyyəsi ya var, ya da yoxdur. Hesab edirəm ki, sözügedən siyasət gələcəkdə davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB