Nazir: "Bir neçə işçimizi cəzalandırmışıq"

Nazir: "Bir neçə işçimizi cəzalandırmışıq"

"Təhsil Nazirliyi olaraq korrupsiya və rüşvətxorluğa qarşı iki istiqamətdə mübarizə aparırıq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov söyləyib.

Təhsil naziri bildirib ki, birinci istiqamət üzrə istər vətəndaşların müraciətlərinə, istərsə də nazirliyin aidiyyəti qurumları tərəfindən işlər həyata keçirilir: "Bakının iki keçmiş məktəb direktoru haqda qanunvericiliyə uyğun olaraq cinayət işi aparılır. Son tədris ilində təhsil sahəsində çalışan bir neçə işçimizi cəzalandırmışıq. İkinci istiqamət üzrə isə biz təhsil alanla təhsil verən arasında kontaktları minimuma endirmişik. Bakı şəhərində ilk dəfə tətbiq etdiyimiz I sinfə elektron qəbulu nümunə göstərmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə