Ali təhsil sahəsində SABAH qruplarında təhsil alan tələbələrin sayı 1636 nəfərə çatıb. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Bildirilib ki, ali təhsil sistemində aparıcı və uğurlu layihə olan SABAH qruplarına 2015-2016-cı tədris ili üçün aparılmış qəbul nəticəsində 881 tələbə qəbul olunub ki, bununla da SABAH tələbələrinin ümümi sayı 1636 nəfərə çatıb. 2014-2015-ci tədris ili ilə müqayisədə Mədəniyyət və incəsənət ixtisas qrupunun da əlavə olunması ilə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb. Yeni tədris ili üçün yenilənmiş SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılıb. Həmçinin ötən tədris ilində olduğu kimi yeni tədris ilində də bütün SABAH tələbələri üçün təlimlərin keçirilməsi, yerli və xarici qonaq mühazirəçilərin dəvəti nəzərdə tutulub. ADA Universiteti və Sorbon Abu-Dabi Universitetinin dəstək və əməkdaşlığı ilə SABAH qruplarında tədrisi aparan müəllimlər üçün müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB