Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Xarici Dillər kafedrasının müəllimi Anar Rəhimov universitetin maliyyə dəstəyilə Norveçin ikinci böyük universiteti olan Bergen universitetində "Norveç dili və mədəniyyəti" adlı yay məktəbində iştirak edib. Universitetdən SİA-ya verilən xəbərə görə, Bergen universitetinin professor-müəllim heyəti tərəfindən aparılan yay məktəbində dünyanın 23 ölkəsindən 60-a yaxın professor, müəllim və tələbə iştirak edib. 10 gün davam edən yay məktəbində Skandivaniya ölkələrində immiqrasiya, təhsil, tolerantlıq və s. kimi məsələlərə də toxunulub.
Yay məktəbində Anar Rəhimov "ADU Azərbaycan-Norveç əməkdaşlığında əsas qüvvə kimi" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Oslo universiteti və ADU arasında olan sıx əməkdaşlıqdan, hər il ADU-nun maliyyə dəstəyi ilə Oslo yay məktəbinə təhsil almağa gedən tələbələrdən və qarşılıqlı yüksək səviyyəli görüşlərdən danışıb.O, universitetdə, eyni zamanda Qafqazda yeganə fəaliyyət göstərən Skandinaviya mərkəzindən də söz açıb. Anar Rəhimov bu mərkəzin ildən-ilə imkanlarını genişləndirdiyini qeyd edib.
Bununla yanaşı ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovungöstərişi ilə Anar Rəhimov Bergen universitetinin direktoru Atla Kristansandla danışıqlar aparıb. Nəticədə növbəti tədris ilindən etibarən ADU-da təhsil alan iki nəfər tələbə Norveçin ikinci böyük universiteti olan Bergendə yay məktəbinə qatılacaqlar. Bununla da ADU-nun tələbə və müəllimləri təkcə Oslo universitetində deyil, həmçinin Bergen universitetində də təhsil almaq imkanı qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB