Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq. SİA-nın məlumatına görə, məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar Nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB