Ümumtəhsil müəssisələrində Gənclərin Çağırışaqədərki Hazırlığı fənni üzrə kabinetlər müasir avadanlıqlarla təchiz olunur. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, artıq 50 məktəbdə hərbi kabinetlər müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar, proqram təminatı və təlimatlarla təchiz olunub.
Hər bir hərbi kabinetə AK tipli avtomatlar, "Glock" tipli tapanca, RQN-T markalı əl qumbarası, TM 62 markalı tank əleyhinə mina, TMN piyada əleyhinə mina, əleyhqaz və hərbi formalar, silah saxlamaq üçün seyf, İKT avadanlıqları verilib və elektron qurğular proqramla təmin olunub.
Yeni tədris ilində digər məktəblərin də yeni hərbi təlim avadanlıqları ilə təchizatı üçün müvafiq istehsalçılarla danışıqlar aparılır. Hərbi kabinetlərin müasirləşdirilməsində əsas məqsəd məktəblilərin vətənpərvər ruhda tərbiyə alması və hərbi bacarıqlarının artırılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB