5 mərtəbəli məktəb inşa olunacaq Bakıda

Bakıda sökülən 20 saylı məktəbin yerində müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binası inşa olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, indiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb.

Məlumatda qeyd olunur ki, bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək. Hazırda 20 nömrəli məktəb-liseyin 2830 şagirdı paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.

Qeyd edək ki, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə