Təhsil naziri Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərindəki Tarix Muzeyində keçirilən görüşdə Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinləri iştirak ediblər.
Qəbulda 50-dək vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB