700 bal toplayan abituriyentlərlə görüş olub

700 bal toplayan abituriyentlərlə görüş olub
Bu gün Bakıda Gənclər Evində Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçiriblər. SİA-nın məlumatına görə, görüşdə millət vəkilləri Məlahət İbrahimqızı, Fuad Muradov, Sahibə Qafarova, Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə, abituriyentlər, valideynlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkilləri tələbələri yüksək nəticə göstərmələri münasibətilə təbrik ediblər. Bildirilib ki, yüksək bal toplamış 15 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olacaqlar. Azərbaycanda gedən təhsil və sosial-iqtisadi islahatlar ölkə cəmiyyətində belə gənclərin yetişməsinə gətirib çıxarır.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da söz alaraq diqqətə çatdırıb ki, bu sadəcə tələbələrin yeni həyata addım atması üçün ilk addımdır. Abituriyentlər bundan sonrakı nailiyyətləri üçün böyük səylə çalışmalıdırlar.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin gələcəkdə də bu cür uğurlar qazanmalarını arzulayıb.

Qeyd edək ki, sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə