Avqustun 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Çin xalqının böyük rəssamı Qi Baishinin xatirəsinə həsr olunmuş "Azərbaycan və Çin mənzərə rəsmləri" mövzusunda tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, açılış nitqi ilə çıxış edən ADU-nun Çin dili və Mədəniyyəti Mərkəzinin direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafından, iki ölkə rəssamlarının sərgilərinin mübadiləsindən danışıb. O, çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəssamlarının IX Qurultayında doğma torpaqların bənzərsiz gözəlliyini əks etdirən mənzərələrin mənəvi və əxlaqi əhəmiyyətindən söz açdığını xatırladıb.
Tədbirdə çıxış edən Səttar Bəhlulazadə adına ev muzeyinin əməkdaşı, incəsənət üzrə fəlsəfə doktoru Pərzad Abdinova və Miniatür kitab muzeyinin direktoru, mədəniyyət xadimi Zərifə Salahova Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə və Tahir Salahovun həyatları və rəsm əsərləri haqqında danışdılar. Onların Azərbaycan tarixinə verdikləri töhfələrdən söz açıblar.
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri öz məruzələrində ənənəvi Çin mənzərə əsərlərinin əsas xüsusiyyətləri "Shanshuyhua"- ("Dağ-su") bədii üslub orijinallığı haqqında danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB