Naftalanda Azər Rzayevin övladı 686 bal toplayıb
Bir ailənin sevinci

Naftalanlı Azər Rzayevin ailəsində böyük sevinc yaşanır. Onun qızı Cəmilə Rzayeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında 686 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub.

Naftalan şəhər 2 nömrəli orta məktəbi əla qiymətlərlə bitirən Cəmilə oxuduğu müddətdə həmişə fərqlənərək, nümunəvi olub. O, dəfələrlə keçirilən fənn olimpiadalarında qalib adını qazanıb. Hətta respublika üzrə keçirilən olimpiadanın final mərhələsində II yerə çıxaraq, gümüş medala və Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb. Çəkdiyi əziyyətlərin bu gün bəhrəsini görən Cəmilə Rzayeva deyir: "Hüquqşünas olmaq çoxdankı arzum idi. İndi bu arzuma çatmışam. Çalışacağam ki, ali təhsil illərində də nümunəvi olum və müstəqil ölkəmizin savadlı hüquqşünası kimi yetişim".

Bütün xəbərlər Facebook səhifəmizdə