Repetitorun köməyi olmadan
677 balla ali məktəbə daxil oldu

677 balla ali məktəbə daxil oldu. Həm də repetitorun köməyi olmadan... Söhbət Xaçmazın Aslanoba kənd orta məktəbinin şagirdi Nəsirova Mirvari Zülfüqar qızından gedir. OnunTədris aldığı Aslanoba kənd tam orta məktəbində kimya fənni üzrə kadr çatışmazlığı yaşansa da bu çətinlik də onu qorxutmayıb və repetitor hazırlığı olmadan o bütün fənlərdən yüksək nəticə əldə edib. Hazırda Mirvari Nəsirova rayon üzrə ən çox bal toplayan tələbə adını qazanaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Mirvarinin təhsil aldığı Aslanoba kənd orta məktəbinin müəllim kollektivi də onun daim çalışqan şagird olduğunu deyirlər. Onlar əvvəlcədən Mirvaridən bu nəticəni gözlədiklərini bildirirlər.

Mirvarinin uğuruna ən çox sevinən isə valideynləridir. Atası Zülfüqar Nəsirov deyir ki, uşaqlıqdan onun bir arzusu var – həkim olmaq. Bu gün isə artıq o bu arzusunu reallaşdırmağa çox yaxındır.

Qeyd edək ki, Mirvari Aslanoba kənd orta məktəbinin repiditorsuz ali məktəbə qəbul olan ikinci şagirdidir. Bundan bir neçə il öncə də tədris ocağının daha bir şagirdi 602 balla tələbə adını qazanıb.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə