Ali məktəblərə qəbulla bağlı ilkin STATİSTİKA

Ali məktəblərə qəbulla bağlı ilkin STATİSTİKA
"Bu il keçirilən qəbul imtahanının nəticələrinə görə 200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanan abituriyentlər 30%, 300-500 bal arsında 47,4% , 500 baldan yuxarı 22,8%, 600-dən yuxarı 7,5%-dir. 700 bal toplayan 15 abituriyentin 4-ü "ADA" Universitetini, 3-ü "Qafqaz"Universitetini, 3-ü Bakı Ali Neft Məktəbini, 2-si Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2-si Azərbaycan Tibb Universitetini, 1-i isə Bakı Dövlət Universitetini seçib". Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.

TQDK rəsmisi bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb: "Builki məzunların 26, 21 faizi 0-100 bal arasında, 18, 97 faiz 100-200 bal arasında, 18, 28 faiz 200-300 arasında, 24, 91 faiz 300-500 bal arasında, 11, 63 faiz 500-dən yuxarı və 3,91 faiz 600-dən yuxarı bal toplayıb".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə