Nəticələr axşam saatlarında elan olunacaq

Nəticələr axşam saatlarında elan olunacaq

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsi nəticələrinin axşam saatlarında elan olunması nəzərdə tutulur. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-da başa çatıb

Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36 625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən müsabiqədə iştirak edə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə