TQDK nəticələri elan etdi DİQQƏT

1796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub
TQDK nəticələri elan etdi DİQQƏT
Bu gün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri elan olunub. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2202 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3171 abituriyent ərizə təqdim edib. Onlardan 1796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 12-də "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olanlar avqustun 12-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə