Şirvan şəhərindən 34 nəfər 600-dən çox bal toplayıb

Onlardan biri də Nəsirov Sabutay Fəxrəddin oğludur
Şirvan şəhərindən 34 nəfər 600-dən çox bal toplayıb

Bu il Şirvan şəhərindən TQDK-nın təşkil etdiyi imtahanlarda iştirak edərək ali məktəblərə qəbul olmuş məzunların nəticələri artıq məlumdur. SİA-nın Aran bürosunun əldə etdiyi məlumata görə, bu il Şirvan şəhərindən 600-dən yuxarı bal toplayan məzunların sayı 34, 500-dən yuxarı bal toplayanların sayı isə 36 nəfər olub. Ümumilikdə 273 nəfər keçid balı toplaya bilib. Hal hazırda ixtisas seçimi gedir.

1997-ci il təvəllüdlü Nəsirov Sabutay Fəxrəddin oğlu da 600-dən yuxarı bal toplayanlar sırasındadır və ixtisas seçimi edib. Şirvan şəhərində əvəllər Türk Liseyi kimi fəaliyyət göstərən, hazırda isə 18 saylı tam orta məktəb kimi fəaliyyət göstərən təbiət və humanitar elmlər üzrə ekspermental pilot sinifləri olan təhsil ocağının məzunu olan Sabutay Nəsirov 627 bal toplayıb və Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub. Sabutay Nəsirov eyni zamanda idmançıdır. Karate idman növü üzrə 2 qat Azərbaycan çempionudur.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə