Ali məktəblərin ödənişsiz fakültələrində təhsil alanlarla yanaşı, təhsil haqqı ödəyən tələbələr də təqaüd almalıdır. Bu barədə Təhsil naziri Mikayıl Cabbarov bildirib.
O bildirib ki, mövcud sistem ali təhsil üçün rəqabət mühitinə şərait yaratmır. Ona görə də nazirlik artıq tələbə təqaüdləri ilə bağlı islahatlara başlayıb.
Nazir qeyd edib ki, tələbənin akademik göstəricilərindən asılı olaraq ona "tələbə təqaüdü" ödənilməlidir. Burada məqsəd tələbələr arasında rəqabət mühiti yaratmaq və onların akademik naliyyətlərinin artırılmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB