Tələbələr Türkiyə, Belçika və İngiltərədə təcrübə keçəcəklər

Tələbələr Türkiyə, Belçika və İngiltərədə təcrübə keçəcəklər

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan tələbələrin dünyanın inkişaf etmiş ölkələrinin elmi-tədqiqat, təhsil və istehsalat sahələrində təcrübə keçmələri üçün əməkdaşlıq əlaqələri ildən-ilə genişlənir.

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov deyib ki, hazırda bir qrup tələbənin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi üçün hazırlıq işlərinə başlanılıb. Belə ki, ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyat keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan "Grand Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə ADAU-nun mühəndislik fakultəsinin 5 tələbəsi bu ilin sentyabr ayının 7-də Türkiyənin Ankara, Belçikanın Zedelgen və İngiltərənin Basildon şəhərlərinə yola düşəcəklər. Tələbələr orada kənd təsərrüfatı texnikası istehsal edən müəssisələrdə təxminən bir ay istehsalat təcrübəsində olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə