Dövlət Sərhəd Xidməti Akademiyası müsabiqə elan edib

Dövlət Sərhəd Xidməti Akademiyası müsabiqə elan edib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi , aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə 2015-ci il iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, müsabiqədə birinci və ikinci ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyat Dövlət Sərhəd Xidməti Akademiyasında aparılır (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 30 ).

Bütün xəbərlər Facebook səhifəmizdə