Yeni dərs ilinə hazırlıqlar başlanıb

Yeni dərs ilinə hazırlıqlar başlanıb

Bu il şagirdlərin məktəbli geyimləri ilə təminatında heç bir problem yoxdur. "Təhsil haqqında" Qanuna əsasən ilk növbədə Bakı şəhər məktəblərində vahid məktəbli formasının tətbiqinə başlanılıb. Artıq regionlarda da bu layihənin tətbiqi coğrafiyası genişləndirilir.

Azərbaycan Müəllim-Valideyn Assosiasiyasından bildirilib ki, vahid forma tətbiqinin sosial əhəmiyyəti ilə yanaşı, iqtisadi səmərəsi də var. Belə ki, yüksək keyfiyyətli məktəb forması əsasən dörd predmetdən ibarət olur və şagirdlər ən azı iki il rahat geyinə bilir. Vahid formanın ölkəmizdə istehsalına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi diqqətlə yanaşır. Məhz komitənin verdiyi texniki şərt əsasında vahid formalar "Bakı tikiş evi" ASC-də hazırlanır. İctimaiyyət tərəfindən qiyməti və keyfiyyəti rəğbətlə qarşılanan formaların təkmilləşdirilməsi üçün müəssisədə davamlı tədbirlər görülür. Yüksək keyfiyyətdə və ekoloji təmiz xammalın demək olar ki, hamısı Avropa ölkələrindən alınır. Formaların materialı isə Türkiyənin məşhur şirkətlərində hazırlanır. Əhalinin rahatlığı üçün paytaxtın 16 ünvanında daimi satış məntəqələri də yaradılıb. Bütün satış məntəqələri formalarla təmin edilib. İşin səmərəliliyini artırmaq üçün müəssisədə "Qaynar xətt" də fəaliyyət göstərir. Valideynlər onları narahat edən müvafiq suallarla 597-45-39 nömrəli telefona zəng edə bilərlər. Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda məktəbli formalarının satış məntəqəsi alıcıların xidmətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə