Təhsil naziri Mikayıl Cabbarov Oğuz şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul iyulun 31-i saat 11:00-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində baş tutacaq.
Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının vətəndaşları iştirak edə bilərlər.
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar 27, 28, 29 və 30 iyul Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB