Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və hərbi liseylərə keçirilən qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb. TQDK-dan SİA-ya verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq, "İmtahana buraxılış vərəqəsi" çap edib götürməlidirlər.
"İmtahana buraxılış vərəqəsi" olmadıqda abituriyentlər imtahana buraxılmır.
Qeyd edək ki, imtahan iyulun 30-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB