UNEC-in tələbələri London Universitetinin diplomunu alacaqlar

UNEC-in tələbələri London Universitetinin diplomunu alacaqlar

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçəcək əcnəbi tələbələr UNEC ilə London Universitetinin (University of London) ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar. Universitetdən SİA-ya verilən xəbərə görə, bununla da xarici tələbələr UNEC-lə bərabər London Universitetinin bakalavr diplomunu əldə edə biləcəklər.

Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaq və nüfuzlu təhsil ocağının tədris resurslarından istifadə edə biləcəklər. Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin (London School of Economics) Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək şansını əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə