“Gənc professorlar” Türkiyə universitetlərində

“Gənc professorlar” Türkiyə universitetlərində

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Gənc professorlar" layihəsinin iştirakçıları 15 iyun-15 iyul tarixlərində Türkiyənin nüfuzlu universitetlərində olublar. Universitetdən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində UNEC-in elmlər doktoru proqramına qəbul olmuş i.ü.f.d. Elşən Bağırzadə, i.ü.f.d. Anar Rzayev, i.ü.f.d. Raqif Qasımov, dos.Fariz Əhmədov, dos. Həmid Həmidov və dos. Gəray Musayev Türkiyənin Hacettepe, Uludağ və Sakarya Universitetlərində dissertasiya işləri üzrə araşdırmalar aparıblar.

Araşdırmalarını Türkiyəli nüfuzlu professorların rəhbərliyi altında həyata keçirən əməkdaşlar, eyni zamanda da Türkiyə universitetlərinin elmi-tədqiqat sahəsindəki müvafiq təcrübəsini öyrənmiş və UNEC ilə bu ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə