13–16 iyul tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) Alman oxu zalı və "Goethe İnstitutunun" birgə təşkilatçılığı ilə bədii ədəbiyyat tərcüməçiləri üçün "Alman-Azərbaycan emalatxanası" adlı dörd günlük seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, seminarda universitetin Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Nazirlər kabineti yanında Tərcümə mərkəzi, həmçinin ayrı-ayrı nəşriyyatların nümayəndələri və tərcüməçilər iştirak edib.
Tədbirdən əvvəl emalatxananın koordinatoru yazar Rasim Qaraca, Berlindən gəlmiş ixtisaslı tərcüməçilər Tomas Brovot və Qurban Ələkbərov seminar haqqında ətraflı məlumat verdilər. Dörd gün ərzində səkkiz nəfər iştirakçının sərbəst şəkildə seçilmiş mətnləri nəzərdən keçirildi və ayrı-ayrı tərcümə problemlərin həlli üzərində müzakirələr aparıldı. Eyni zamanda, Azərbaycan dilinə bədii ədəbiyyat tərcümələri zamanı meydana çıxan köklü problemlərdən danışılıb.
Sonda "Goethe İnstitutunun" adından tərcüməçilərə sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB